Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Məhəmməd Xatəminin fikri mübahisə yaradıb


«Eks-prezidentin dövründə mərkəzi vilayətlərə göstərilən diqqət Azərbaycan vilayətlərinə göstərilməyib»

«Eks-prezidentin dövründə mərkəzi vilayətlərə göstərilən diqqət Azərbaycan vilayətlərinə göstərilməyib»

İranın sabiq islahatçı prezidenti Məhəmməd Xatəminin Təbriz səfərindən bir gün sonra parlament nümayəndəsi İşrət Şaiq onun bəyanatını tənqid atəşinə tutub.


Dekabrın 22-də Məclisdə çıxış edən xanım Şaiq deyib ki, cənab Xatəminin Azərbaycanı mədh etməsi kifayət deyil. Kaş ki, o, 8 il hakimiyyəti dövründə Azərbaycana etdiyi xidmətlərdən də söz aça biləydi.


Bir neçə gün bundan əvvəl Təbriz əhalisinin qarşısında çıxış edən M.Xatəmi hazırkı iqtidarı Azərbaycanın inkişafına diqqət yetirməməkdə günahlandırmışdı.


İran parlamentində Şərqi Azərbaycan vilayətinin üç şəhərini (Təbriz, Üskü və Azərşəhri (Tufarqan) təmsil edən İ.Şaiqin fikrincə, eks-prezidentin dövründə mərkəzi vilayətlərə göstərilən diqqət Azərbaycan vilayətlərinə göstərilməyib. Buna görə də, yeni şose və dəmir yollarının çəkilməsi, su bəndlərinin tikilməsi bu günə qədər gecikib.


Məlumatı «Fars» Xəbər Agentliyi yayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG