Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:28

Qurban payı verilməsinə polis müdaxiləsi


Eldar Namazov deyir ki, onlar belə görüşləri davam etdirmək niyyətindədirlər

Eldar Namazov deyir ki, onlar belə görüşləri davam etdirmək niyyətindədirlər

Polis «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazovu və bir neçə adamı yarım saat saxladıqdan sonra sərbəst buraxıb.

Eldar Namazov «Azadlıq» radiosuna bildirib ki, onlar Bibiheybət qəsəbəsində yaşayan imkansız ailələrə, məcburi köçkün və müharibə əlillərinə Qurban payı paylayarkən onları polis saxlayıb:


«Biz artıq üçüncü görüşdən çıxanda bir neçə polis maşını bizi əhatə etdi. İki maşında bizi hansısa bölməyə aparırdılar. Sonra məlum oldu ki, bu, bölmə deyil, bölmənin yanındakı dayanacaqdır. Orada 30-40 polis əhatə etdi bizi. Yarım saatdan sonra onlar öz rəhbərliyi ilə müzakirələr apardılar. Özləri də başa düşdülər ki, Qurban bayramı münasibətilə keçirilən görüşlərə görə müxalifət nümayəndəsini həbs etmək biabırçılıqdır. Ona görə də yarım saatdan sonra bizi buraxdılar».


Eldar Namazov deyir ki, onlar bundan sonra da belə görüşləri davam etdirmək niyyətindədirlər: «Artıq Yeni il ərəfəsində Bakının başqa rayonlarında da yerli əhali ilə görüşməyi planlaşdırırıq».


Əlaqədar xəbər: Ələtdə etiraz aksiyası keçirilib



Günün bütün mövzuları

XS
SM
MD
LG