Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:37

2007: Dünya reytinqlərində Azərbaycan hansı qiymətlər aldı?


Azərbaycan «azad olmayan» ölkələr arasındadır
Azərbaycan «azad olmayan» ölkələr arasındadır

İlin sonunda dünyanın aparıcı tədqiqat mərkəzləri öyrəndikləri sahələr üzrə ölkələrin özlərini necə apardıqlarına dair reytinqlər tərtib ediblər.


«Azadlıq» radiosu Azərbaycanın da yer aldığı belə reytinqlərdən bir neçəsini seçib şkala şəkilində təqdim edir.


«Freedom House» təşkilatı Azərbaycanı kütləvi informasiya vasitələrinin hakimiyyət tərəfindən sərt tənzimləndiyi ölkələr siyahısına daxil edib. Bildirilir ki, ölkədə jurnalistlərin peşəkar fəaliyyəti çox vaxt onların həyatını təhlükə altında qoyur. Bu baxımdan 2006-cı illə müqayisədə Azərbaycan 3 mövqe geriləyib və indi 195 ölkə arasında 164-cü yeri tutur.


Dünya Bankı Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmağın nə dərəcədə asan olduğunu və yerli biznesmenin gündəlik işində nə kimi bürokratik və başqa tipli maneələrlə qarşılaşdığını dəyərləndirib. Dünya Bankı iddia edir ki, Cənubi Qafqazda biznes üçün ən pis mühit Azərbaycandadır.



«Transparency International»ın tədqiqatı Azərbaycan vətəndaşlarının ən çox korrupsiyaya qurşanmış dövlət və ictimai institutlara baxışlarını əks etdirir. Cənubi Qafqazda korrupsiyanın ən yüksık göstəricisi Azərbaycandadır. Azərbaycan 180 ölkə arasında 150-ci yerdədir.


«Fəaliyyət iqtidarında olmamaq indeksi» ölkənin sabit, mütərəqqi inkişaf qabiliyyətini (və ya qabiliyyətsizliyini), onun sosial-iqtisadi institutlarının möhkəmliliyini xarakterizə edir. Bu indeksi ABŞ-ın «Foreign Policy» jurnalı ilə «Fund of Peace» Fondu hazırlayıb. «Ən sabit» ölkələr siyahının sonunda qərarlaşır. Bu baxımdan, sonuncu yerdə Norveç (177), birinci yerdə isə Sudandır. Bir dövlət kimi Azərbaycanın dayanaqlılığı (62) Lesoto, Rusiya və Çin səviyyəsində qiymətləndirilir. Amma bu reytinqin tərtibi üçün istifadə olan məlumatlar 2006-cı ilin may-dekabr aylarında toplanıb.




AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG