Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Əli Bayramlıda Kürün üzərindən keçən körpü çöküb


Hadisəyə son günlərdə ağır tonnajlı yük maşınlarının körpü ilə hərəkət etməsi səbəb olub
Hadisəyə son günlərdə ağır tonnajlı yük maşınlarının körpü ilə hərəkət etməsi səbəb olub

Dekabrın 21-də səhər saatlarında Əli Bayramlı şəhərini Sabirabad, Saatlı, İmişli, Füzuli, Beyləqan, eləcə də Salyan və digər rayonlarla birləşdirən Kür çayının üzərindəki körpü çöküb.


Əli Bayramlı şəhər Polis İdarəsindən mayor Rəhimov «Azadlıq» radiosuna bildirib ki, hadisə zamanı ölən və xəsarət alan olmayıb.


Qəzanın nəticələri artıq aradan qaldırılıb


34 saylı Əli Bayramlı Yol İstismar İdarəsinin mühəndisi Nazim Babayev ANS PRESS-ə bildirib ki, hadisəyə ağır tonnajlı yük maşınlarının hərəkəti səbəb olub.


Qərb rayonlarına gedən avtomobillər məhz Əli Bayramlı və digər aran rayonlarından keçməklə hərəkət etmək məcburiyyətindədirlər. Çünki, «İpək Yolu»nun Kürdəmir hissəsi körpü tikintisi ilə əlaqədar olaraq bağlıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG