Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Sabiq İran prezidenti Azərbaycan dilinə diqqət yetirilməsini tələb edir


«Azərbaycan dilinin inkişafı İranda milli birliyi gücləndirər»
«Azərbaycan dilinin inkişafı İranda milli birliyi gücləndirər»

Dekabrın 20-də Təbrizdə çıxış edən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkə və İslam tarixində Azərbaycanın əhəmiyyətli roluna işarə edib. Sonra o, etiraf edib ki, mərkəzi hakimiyyət Azərbaycana layiq olan diqqəti yetirmir.


Məlumatı « Fars » xəbər agentliyi yayıb. Sabiq prezident İranda Azərbaycan dilinin rəsmiləşməsini açıqca bildirməsə də, bu haqda ölkə konstitusiyasına göz yumulduğunu bildirib.


Cənab Xatəmi deyib: «Türk dili ilə tanış olmayanlar da bu dilin bu torpaqda İrandan xaricdəki eyni adı daşıyan dillərdən daha incə və dərin inkişaf etdiyini, xalqın hissiyyat və düşüncələrini daha dəqiq ifadə edə bildiyini başa düşə bilər».


Qeyri-fars xalqların ana dilində təhsil hüququnu qoruyan İran konstitusiyasına işarə edərək Xatəmi bildirib ki, konstitusiyanın bu günə qədər hərtərəfli tətbiq edilməməsi xalqı narazı qoyub.


Dinlər və Mədəniyyətlər Arasında Dialoq Təşkilatının yaradıcısı Təbriz səfərində qeyd edib ki, hər bir azərbaycanlının öz milli mahiyyətini ana dili ilə səciyyələndirməsi onun təbii haqqıdır. Daha sonra o, deyib ki, İranda Azərbaycan türkcəsinin inkişaf etdirilməsi nəinki milli birliyə zərər yetirməz, hətta onu daha da gücləndirər.


«Biz bu məsələdən heç də çəkinməməliyik-necə ki İranlılar Ərəb dilinin inkişafına yardım edib, Fars dili də tarix boyu öz ədəbiyyatının ən böyük tərəqqisinə görə Azərbaycan ziyalılarına borcludur...»-,deyə Xatəmi çıxışına davam edib: «deməli, Azərbaycanlıların öz ana dilinə olan məhəbbəti bəzilərini boş yerə nigaran edib».


Hakimiyyəti dövründə «İranı birləşdirən fars dilidir» sözlərini dəfələrlə təkrar edən eks-prezident Təbrizdə etdiyi son çıxışında azərbaycanlıların son bir neçə ildəki milli tələbləri və etiraz nümayişlərinə də işarə edib.


«Ola bilsin ki, azərbaycanlılar və təbrizlilər iqtisadi, siyasi və ictimai baxımdan gileylidirlər. Bəlkə də onların istəklərinə göz yumulub. Əlbəttə bu tələblərə daha çox diqqət yetirməliyik, çünki, azərbaycanlılar yüksək bir xalq olduqlarına görə onların tələbatı da yüksəkdir»-deyə Məhəmməd Xatəmi bildirib.


«Mənim fikrimcə iqtisadi, siyasi və ictimai məsələlər sahəsində tək İranın Azərbaycan məntəqəsində yox ölkə miqyasında da çatışmazlıq var. Bəlkə də bilmədən bəzi ayrı-seçkiliklər ortaya çıxıb... Amma mərkəzdən yardım olmasa da, Azərbaycan öz ayağı üstə dayanıb, İranın bütün başqa məntəqələrindən irəliləyəcək».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG