Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

«Keşişdağa qoruq statusu verilməsi danışıqlara xələl gətirməyəcək»


Keşişdağ (Gürcüstanda onu «David Qareci» adlandırırlar) Ağstafa rayonunda yerləşir
Keşişdağ (Gürcüstanda onu «David Qareci» adlandırırlar) Ağstafa rayonunda yerləşir

«Azərbaycan əmindir ki, onun Keşişdağ marağa kompleksinə tarixi qoruq statusu verməsi Gürcüstanla apardığı sərhəd danışıqlarına xələl gətirməyəcək». Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.


Keşişdağ (Gürcüstanda onu «David Qareci» adlandırırlar) Ağstafa rayonunda yerləşir və uzun illərdir ki, Gürcüstanla Azərbaycan arasında mübahisə predmetidir. Gürcüstan bu strateji kompleksin ona məxsus olduğunu bildirir və əvəzində Azərbaycana ərazi mübadiləsi təklif edir. Hətta bir ara Gürcüstanın bəzi təşkilatları kompleksin bu ölkəyə verilməsi ilə bağlı imzatoplama kampaniyası keçirmişdilər.


Dekabrın 19-da prezident İlham Əliyevin sərəncamı ilə mağara kompleksinə tarixi memarlıq qoruğu statusu verilib. Sərəncama görə, qoruqda inzibati bina yaradılacaq, əsasnaməsi və strukturu olacaq.


Cənab Xələfov hesab edir ki, bu sahənin Azərbaycanın qoruğu elan olunmasının delimitasiya məsələlərinə heç bir aidiyyatı yoxdur: «Bu, Azərbaycanın daxili işidir və hansı ərazinin hansı sahəsini qoruq elan etmək istəyirsə, onu edə bilər. Ona görə də ümid edirəm ki Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası prosesi əvvəllər necə aparılırdısa, bu istiqamətdə də davam edəcək».


Nazir müavini ümid edir ki, iki ölkənin delimitasiya komissiyasının gələn ilə planlaşdırılan növbəti görüşü zamanı razılaşdırılmayan sahələr üzrə razılıq əldə ediləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG