Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:43

Azərbaycanla Rusiya bir məsələni razılaşdırdı


Xələf Xələfov rusiyalı həmkarı Aleksandr Yakovenko ilə danışıqlar aparır

Xələf Xələfov rusiyalı həmkarı Aleksandr Yakovenko ilə danışıqlar aparır

Azərbaycanla Rusiya öz aralarında mübahisəli üç sərhəd xətlərindən birini razılaşdırıb. Balakən rayonu ərazisində yerləşən bu ərazi həm də iki ölkənin Gürcüstanla sərhəd kəsişməsini müəyyən edir.


Dekabrın 20-də Bakıda Rusiya ilə Azərbaycanın delimitasiya komissiyalarının danışıqlarından sonra protokol imzalandı və prinsipial məsələlərin sayının azaldığı, hətta aradan qalxdığı elan edildi.


Hazırda sonuncu iki sərhəd sahəsi ilə bağlı mübahisə qalır. Bunlar əsasən, Samur çayı ətrafı və Xəzər dənizi ilə bağlıdır. Təxminən gələn ilin ilk yarısında ekspertlər yenidən görüşəcəklər və müzakirələri davam etdirəcəklər.


Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Xarici İşlər nazirinin müavini Xələf Xələfov «Azadlıq» radiosuna deyib ki, son razılaşma hüquqi sənədlər əsasında təsbit edilib: «İki sahənin razılaşdırılması qalıb. Görülən işlər müsbət addımdır. Biz yaxşı əsas yaratmışıq ki, bu məsələlərin həllinə nail ola bilək».


Sovet İttifaqı dağılandan bəri Rusiya ilə Azərbaycan sərhəd məsələsində heç cürə anlaşa bilmirlər. İndiyədək komissiyalar arasında 14 dəfə görüş keçirilib. Bəzi mənbələrə görə, danışıqlar coğrafi səbəblərdən bu qədər uzanıb. Belə ki, vaxtı ilə Azərbaycanın tərkibində olan məntəqələr hazırda Rusiya ərazisindədir və əksinə.


Günün bütün mövzuları

XS
SM
MD
LG