Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:16

«İlhamla İRƏLİ» aksiyasına start verildi


Dekabrın 20-də «İlhamlaireli.az» saytının təqdimatını da olub
Dekabrın 20-də «İlhamlaireli.az» saytının təqdimatını da olub

Dekabrın 20-də «İRƏLİ» Ümumrespublika Gənclər Hərəkatı «İlhamla İRƏLİ» adlı aksiyaya başlayıb.


Xəbəri «Azadlıq» radiosuna hərəkatının beynəlxalq münasibətlər bölməsinin rəhbəri Səbuhi Rzayev verib.


Onun sözlərinə görə, prezident İlham Əliyevin 2007-ci ili «Gənclər ili» elan etməsi, gənclər tərəfindən xüsusi olaraq qiymətləndirilir.


Aksiya çərçivəsində dekabrın 20-də «İlhamlaireli.az» saytının təqdimatını da olub.


Bu gün hərəkat üzvləri Milli Parkdan və Şəhidlər Xiyabanından Bakı İdman Sarayına doğru yürüş keçirəcək. Bundan başqa paytaxtın əsas prospektlərindən olan Azərbaycan prospektindəki bəzi binaların eyvanları milli bayraqlarla bəzədiləcək. Günün sonunda isə Bakı İdman Sarayında konsert olacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG