Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Bakıdan Strasburqa əzələ nümayişi


«Hansı məsələ üzrə məruzəçinin təyin olunması zamanı dövlətin mövqeyi nəzərə alınmalıdır»
«Hansı məsələ üzrə məruzəçinin təyin olunması zamanı dövlətin mövqeyi nəzərə alınmalıdır»

«Avropa Şurası rəsmi Bakının mövqeyini nəzərə almadan siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edərsə, Avropa Şurası ilə Azərbaycan arasındakı əməkdaşlıq və konstruktiv dialoq pozula bilər. Hər hansı bir məsələ üzrə məruzəçinin təyin olunması zamanı dövlətin mövqeyi nəzərə alınmalıdır. Dövlət məsələ ilə bağlı hansı mövqedədirsə, beynəlxalq təşkilatlar həmin mövqe ilə razılaşmalıdırlar. Avropa Şurası bir nəfərin istəyi ilə qərar qəbul etmir və bunu dəfələrlə sübut edib». AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun açıqlamasını «Trend» yayıb. Məlumat bir sıra qəzetlər dərc edib.


«Ayna» yazır ki, məsələ dekabrın 18-də Parisdə Avropa Şurası Monitorinq Komitəsinin iclası zamanı ölkəmiz üzrə həmməruzəçi Andres Herkel tərəfindən qaldırılıb və məsələnin qurumun plenar iclasının gündəliyinə daxil edilməsi haqqında qərar qəbul edilib. A.Herkel onu da bildirib ki, artıq o, məruzəçinin təyin olunması ilə bağlı avroparlamentarlar arasında imzatoplama kampaniyasına da başlayıb.


«Ekspress» yazır ki, «... Bakı və Tehran arasında diplomatik qalmaqal yenidən böyüyür. Rəsmi Bakının İran səfirinin Azərbaycan XİN-ə çağırılması və ona SEPAH-ın «Səidin qrupu» ilə əlaqəsinə dair dəlillərin təqdim edilməsi barədə məlumatını İran səfirliyi təkzib edir».


Qəzet xatırladır ki, səfirin Azərbaycan XİN-ə çağırılması və söhbətin mahiyyəti barədə informasiyanı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov verib.


İqtidaryönlü «Səs» qəzeti yazır ki, Milli Bank inflyasiyanı nəzarətdə saxlayır. «Milli Bankın rəsmi məlumatına görə, ilin 11 ayında Azərbaycanda inflyasiya 16 faizə çatıb, ilin sonunda bu göstəricinin 17 faizə çatacağı proqnozlaşdırılır. Lakin bir sıra iqtisadi qurumlar tərəfindən məsələni daha da qabarıq təqdim etmək üçün inflyasiyanın 25 faizi keçdiyini göstərilir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG