Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

İran səfirliyi fakt almadığını deyir


İranın Bakıdakı səfirliyi, 25 mart 2006
İranın Bakıdakı səfirliyi, 25 mart 2006

İranın Bakıdakı səfirliyi «Səidin dəstəsinin işi» ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) onlara faktlar verdiyini inkar edir. Səfirliyin dekabrın 19-da yaydığı məlumatda bildirilir ki, bir gün əvvəl – dekabrın 18-də Nazirlikdə səfir Nasir Həmidi Zare ilə görüşdə bu problem deyil, başqa məsələlər müzakirə edilib.


Sənədə görə, İran tərəfinin təşəbbüsü ilə keçirilən bu görüşdə hər iki tərəf «konsulluq və əmlakla bağlı bəzi məsələlərə dair danışıqlar aparıblar. Vaqif Sadıqov söz verib ki, bir neçə gün ərzində gündəmə gətirilən məsələlərlə əlaqədar lazımi araşdırma aparılacaq və nəticəsi barədə səfirliyə məlumat verəcək».


Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) şərti adı «Səidin dəstəsi» olan qrupu İran kəşfiyyat orqanları ilə işbirliyində ittiham edir. Bu qrup Bakıda bir sıra səfirliklərə və BTC neft kəmərinə qarşı terror hazırlamaq cəhdində günahlandırılır. Tehran isə ittihamları qəbul etməyərək Bakıdan sübutlar istəmişdi.


Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 18-də «Azadlıq» radiosuna bildirmişdi ki, məsələ ilə bağlı İran səfiri nazirliyə dəvət edilib və nazir müavini Vaqif Sadıqov ona bu işlə bağlı geniş faktlar təqdim edib. Bakı bu faktlara Tehrandan cavab gözləyirdi.


Öz növbəsində, Azərbaycan XİN-də İran tərəfinin açıqlamasından təəccübləniblər.


Nazirliyin sözçüsü Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib ki, nazir müavini Vaqif Sadıqov İran səfirliyinin XİN-dəki görüşün məğzini təhrif etməsindən təəssüflənir:


«İran səfiri bu görüşdə «Səidin dəstəsi» ilə bağlı istədiyi məlumatlarla tanış edilib. Cənab Sadıqov səfirdən təqdim olunmuş məlumatların Tehrana çatdırılmasını və cavab verilməsini istəyib».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG