Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:35

Corc Buş Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib


«Bu sevincli günlərdə Qurban bayramını qeyd edənlərin qəlbi sevgi və nura qərq olsun»
«Bu sevincli günlərdə Qurban bayramını qeyd edənlərin qəlbi sevgi və nura qərq olsun»

ABŞ Prezidenti Corc Buş Qurban bayramı münasibətilə bütün müsəlmanları təbrik edib.


Amerika prezidentinin məktubunda deyilir: «Qurban bayramında dünya müsəlmanları İbrahim peyğəmbərin oğlunu qurban vermək istənilərkən göstərdiyi əyilməz inam və Allaha olan etimadını yad edirlər. Müsəlmanlar bu dörd günü ailə və dostlarla birgə bayram etməklə, İbrahim peyğəmbərin itaətkarlığına ehtiramlarını bildirir və Allahın bəxş etdiyi çoxsaylı nemətlərə görə şükranlıq edirlər».


Cənab Buş vurğulayır ki, bu bayram mərhəmət və sədaqət kimi vacib dəyərlərin gələcək nəsillərə ötürülməsinə kömək edir.


Təbrikdə daha sonra deyilir: «Amerika bir çox inamın vətənidir və müsəlman vətəndaşlarımız bizim cəmiyyətimizi zənginləşdirirlər. Amerika müsəlmanlarının bu bayram günlərində və il boyu nümayiş etdirdiyi mərhəmət, səxavət və xoş iradə dövlətimizin qüdrət və qabiliyyətini gücləndirmişdir. Qoy bu sevincli günlərdə Qurban bayramını qeyd edənlərin qəlbi sevgi və nura qərq olsun».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG