Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

22 və 23 dekabr aksiyaları təxirə salındı


Aksiyanın təşkilat komitəsi meriyanın qərarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Aksiyanın təşkilat komitəsi meriyanın qərarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Söz Azadlığını Müdafiə Komitəsinin dekabrın 22-də və 23-də keçirmək istədiyi kütləvi aksiyalar təxirə salınıb. Bu barədə komitənin dekabrın 19-da keçirilən iclasında qərar verilib.


Aksiyaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Eldar Namazov «Azadlıq» radiosuna bildirib ki, məqsəd mitinq yox, görüş keçirmək olub. Namazov deyir ki, meriyanın aksiya üçün Bibiheybəti göstərməsi gələcəkdə müxalifət üçün presedent yaratmaq məqsədi daşıyır.


«Komitə icra hakimiyyətinin özbaşına müəyyənləşdirdiyi ərazidə və formatda aksiyalar keçirməyi məqbul saymır, bu qanunsuz addımlarla bağlı məhkəməyə, həmçinin Avropa Şurasının Venesiya Komissiyasına və digər beynəlxalq qurumlara müraciət edəcək».


Söz Azadlığını Müdafiə Komitəsi dekabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək dekabrın 22-də paytaxtın Ukrayna meydanında mitinq, dekabrın 23-də isə «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin «Bibiheybət» stadionunda qəsəbə sakinləri ilə birgə yığıncaq keçirilməsinə icazə verilməsini istəyib.


Namazov deyir ki, onlar paytaxt meriyasına müraciət edərək, kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlər barədə 2008-ci il yanvarın 10-na qədər izahat verilməsini tələb edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG