Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:06

«Həmsədrlərin Madriddə təqdim etdiyi sənəd işlənilməlidir»


Yanvarın ortalarında həmsədrlərin regiona səfəri gözlənilir
Yanvarın ortalarında həmsədrlərin regiona səfəri gözlənilir

Xarici İşləri naziri Elmar Məmmədyarov bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Madriddə təqdim etdiyi sənəd işlənilməlidir. «Bizim bəzi iradlarımız var. Amma onların üzərində işləməyə hazırıq».


Həmsədrlər noyabrın sonlarında Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə sülh sazişinin prinsipləri haqqında sənəd təqdim ediblər.


Məmmədyarov deyir ki, təqdim olunan prinsiplər yeni deyil, sadəcə olaraq bəzi təzə «nüanslar və sözlər var ki, onların üzərində də iş aparılmalıdır».


Nazir bildirib ki, yanvarın ortalarında həmsədrlər regiona gələcək və müzakirələri davam etdirəcəklər. «O vaxta qədər danışıqlar prosesi ilə bağlı verilən bəyanatlar populizmdir». Ermənistan Xarici İşlər naziri deyib ki, Ermənistandakı seçkilərə qədər tərəflər arasında «centlmen sazişi» ilə bağlı ilkin razılaşma ola bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG