Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

«Azərbaycanda yaşayış minimumu ilə yarıac qalmaq da mümkün deyil»


«Ekspress» yazır ki, yaşayış minimumu yalnız ölməmək üçün yaşamağa çatır

«Ekspress» yazır ki, yaşayış minimumu yalnız ölməmək üçün yaşamağa çatır

«Azərbaycanda yaşayış minimumuna normal qidalanmaq bir yana, yarıac qalmaq da mümkün deyil. Çünki ayda cəmi 70 manata 3 nəfərdən ibarət orta statistik ailənin çörək xərcləri təmin olunsa da, digər ərzaqlara faktiki olaraq pul qalmır». «Ekspress» dekabrın 19-u sayının manşet məqaləsində belə yazır. Məqalə «Ölməmək üçün yaşamaq» adlanır.


Milli Məclisdən «Ekspress»ə verilən məlumata görə, yaşayış minimumu hesablanarkən bu göstəricinin istehlak inflyasiyasına uyğun olaraq indeksiyası barədə təklifləri nəzərə alınmayıb. Nəticədə yaşayış minimumu ilə ehtiyac tələbatı səviyyəsi faktiki olaraq müvafiq qaydada 9,3% və 12,5% artırılıb.


«Fərz edək ki, «X» adlı vətəndaşımız gündə bir çörək yeyir və hər kömbəyə 30 qəpik verir. Belə də, onun çörəyə aylıq xərci 9 manata bərabər olacaq. Ayda bir qutu «Salina» xörək duzu 0,6 manat, hər gün işə və evə avtobusla gediş ayda 10 manat, ayda iki təsərrüfat sabunu 1 manat, təbii qaza görə ödəniş minimum 2 manat, o qazı yandırmaq üçün ayda 10 qutu kibrit - 50 qəpik, su və kanalizasiya xərcləri 2 manat, «bəxtəvər həyat» barədə kiminləsə danışmaq üçün telefonun abunə pulu 2 manat, elektrik enerjisindən istifadə (təbii ki, minimum həddə qızdırma və kondisionerdən şəksiz imtina) - 30 manat, bayram olarsa 1 şüşə limonad, 1 banan və 3 alma (bütün ay üçün) - 2 manat. Belə həyat sürməklə yaşayış minimumu vətəndaşımıza çatır, hələ desən 11 manat artıq da qalır».


Hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» isə yazır ki, «ilin yekunları Azərbaycanın inkişaf yolunda olduğunu deməyə əsas verir».


Qəzet 2007-ci ilin yekunları ilə bağlı təhlil aparmaq məqsədi ilə dəyirmi masa keçirib.


Tədbirdə çıxış edən YAP-çı deputat Aydın Mirzəzadə deyib ki, «2007-ci il də tariximizə uğurlar ili kimi düşdü. Azərbaycan dövlətçiliyi modelinin effektivliyinin artırılması, cəmiyyətdə ictimai-siyasi proseslərin stabil, ölkəyə uğur gətirə biləcək istiqamətdə inkişaf etməsi dövlətimizin model seçimində səhvə yol vermədiyini bir daha təsdiq etdi».


«Qarşıdan iki bayramın gəlişi insanlarımızda əsaslı narahatlıq yaradıb. İndi hamının danışdığı bir mövzu var: qiymətlər yenə bahalanacaq. İlin əvvəlindən start götürən bahalaşmanın bayram günlərində müxtəlif mallarda daha ciddi hiss olunacağını, demək olar ki, hamı proqnozlaşdırır». Bunu isə «Bizim Yol» yazıb.


Qəzetin əməkdaşları paytaxtın iki ticarət mərkəzində – «28 May» metro stansiyasının yuxarısındakı «Boğça»da və «Yaşıl Bazar»da olub bayram qabağı ovqatla maraqlanıb.


Qəzet yazır ki, hazırda «Yaşıl bazar»da mal əti 4 manat 60 qəpik, qoyun əti 5 manat 20 qəpikdir. Bu da ötən illə müqayisədə uyğun olaraq 40 qəpik bahadır. Paytaxt bazarlarında kənd quşlarının da qiyməti olduqca bahadır. Məsələn, hind toyuğunun bir kilosu 8 manat, toyuğunku isə 4 manatdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG