Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:42

Azərbaycan İrana cavab verdi


«Azərbaycan heç bir ölkənin təzyiqi altında işləmir»
«Azərbaycan heç bir ölkənin təzyiqi altında işləmir»

Dekabrın 18-də İranın Bakıdakı səfiri Nasir Həmidi Zare Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə «Səidin dəstəsi»nin işi ilə bağlı Azərbaycan tərəfinin arqumentləri təqdim olunub.


Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov «Azadlıq» radiosuna məlumat verib.


MTN dekabrın 14-də açıqladığı rəsmi məlumatda Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunan «Səidin dəstəsi»nin İranın kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini bildirib. İran tərəfi MTN-in məlumatı ilə razılaşmayıb və Azərbaycandan faktlar tələb edib.


Cənab Məmmədyarov baş verənləri diplomatik gərginlik saymır:


«İran tərəfi bizdən xahiş etmişdi ki, onlara geniş faktlar verək. Buna görə də səfir nazirliyə dəvət edilib və təxminən 3-4 saat ərzində ona faktları geniş şəkildə çatdırdıq. İndi gözləyirik ki, Tehrandan hansısa cavab gələcək».


Nazir vurğulayıb ki, məsələ ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları ciddi istintaq aparıb və ortada məhkəmə qərarı da mövcuddur:


«Bu adamların doğrudan da, SEPAH-a (İranın İslam İnqilabı Keşikçiləri Korpusu) işləyib-işləmədiyi barədə Azərbaycan məhkəməsinin qərarı var və bunlar faktdır».


Elmar Məmmədyarov «Səidin dəstəsi» ilə bağlı məlumatların Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, yaxud da ABŞ və İsraillə əlaqələndirilməsini düzgün saymır:


«Azərbaycan heç bir ölkənin təzyiqi altında işləmir. Məsələ Azərbaycanla İran arasındadır və İran tərəfinə təqdim etdiyimiz faktların arasında da üçüncü ölkənin adı çəkilmir».


İran səfirini XİN-də nazir müavini Vaqif Sadıqov qəbul edib.


Günün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Nazirlik İran səfirliyinin son bəyanatından narahatlığını bildirib və faktların düzgün şərh olunmasını xahiş edib:


«Bu kimi əməllər sazişlərə, qanunlara və dövlətlərarası dost münasibətlərinin əksinədir. Əmin olmaq istədirdik ki, bizim dost münasibətlərimiz əleyhinə əməllər törədilməyəcək və İran-Azərbaycan əlaqələri bundan sonra da inkişaf edəcək».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG