Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:31

Kaka dünyanın ən yaxşı futbolçusudur


FİFA-nın Sürixdə keçirdiyi qala-gecədə başa çatmaqda olan il üçün dünyanın ən yaxşı kişi və qadın futbolçusunun adı açıqlanıb.


Dünyanın bütün yığmalarının kapitanlarının və baş məşqçilərinin qatıldığı sorğuda «Milan»ın braziliyalı pleymeykeri Kaka 1047 xal toplamaqla 1-ci yeri tutub.


Argentinalı Lionel Messi 504, portuqaliyalı Kriştiano Ronaldu isə 426 xal toplayıb.


Qadın futbolçular arasında dünyanın ən yaxşısı adı da braziliyalı Martaya qismət olub.


XS
SM
MD
LG