Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:38

«Hazırda daha çox insan doğulduğu ölkədən kənarda yaşayır»


Baş katib hesab edir ki, miqrantların verdikləri töhfələr nadir hallarda dəyərləndirilir

Baş katib hesab edir ki, miqrantların verdikləri töhfələr nadir hallarda dəyərləndirilir

«Hazırda, əvvəlki illər ilə müqayisədə daha çox insan doğulduğu ölkədən kənarda yaşayır ki, bu rəqəm 2007-ci ildə 200 milyon təşkil edib».


BMT-nin baş katibi Ban Ki Munun Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar müraciətində belə deyilir.


Baş katib bildirir ki, ölkələrdə yaşayış səviyyəsinə görə genişlənməkdə olan fərqlər bütün dünyada xaricə miqrasiyanın miqyasının artmasına gətirib çıxarır.


«Əksər hallarda, daha firavan həyat arzusu insanları miqrasiya etməyə vadar edir. Onlar uşaqları üçün daha təhlükəsiz və daha xoş həyat axtarırlar və bunun üçün işləməyə hazırdırlar. Əgər miqrantlara öz bacarıqlarından bərabər əsaslarla geniş surətdə istifadə etmək imkanı verilərsə, onların böyük əksəriyyəti cəmiyyətin layiqli üzvləri ola bilər».


Baş katib hesab edir ki, miqrantların verdikləri töhfələr nadir hallarda dəyərləndirilir. Ekstremal hallarda, onlar irqçiliyin və ksenofobiyanın qurbanları olurlar.


Ban Ki Mun bildirir ki, «Biz miqrantlar haqqında geniş yayılmış yanlış təsəvvürü dəyişməli və onların həm təmsil etdikləri, həm də hal-hazırda yaşadıqları ölkələr üçün verdikləri dəyərli iqtisadi, mədəni və sosial töhfələr barədə ictimai maarifləndirmə artırmalıyıq».


Günün bütün mövzuları

XS
SM
MD
LG