Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:03

MTN narkotik vasitələr daşiyan dəstə zərərsizləşdirdiyini bildirir


Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən cinayət işi başlanıb

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən cinayət işi başlanıb

Milli Təhlükəsizlik Nazirliyi transmilli mütəşəkkil dəstə zərərsizləşdirdiyini, onlardan 142 kiloqrama yaxın heroin götürdüyünü bildirir. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin dekabrın 17-də yaydığı məlumatda belə deyilir.


MTN bildirir ki, Türkiyə vətəndaşları Hasib Yılmaz Pəkgürlər, Akgün Hüseyn Osman, Kılıcparlar Mehmet Hacı, Aydar Cevdət Əli, habelə hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən Əhməd adlı İran vətəndaşı və digərləri dekabrın 5-də külli miqdarda narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.


İçərisində narkotik vasitə gizlədilmiş avtomobil Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki «TİR park»da saxlanıb. Dekabrın 10-u saat 23 radələrində dəstə üzvləri MTN-in əməkdaşları tərəfindən yaxalanıb.


Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma maddələri ilə cinayət işi başlanıb. Hasib Yılmaz Pəkgürlər, Cevdət Aydar, Hüseyn Akgün və Mehmet Kılıcparlar barədə həbs-qətimkan tədbiri seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG