Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

İran səfirliyi etiraz bəyanatı verdi


Bakıdakı İran səfirliyi, 25 mart 2006
Bakıdakı İran səfirliyi, 25 mart 2006

«Bu ssenarinin Azərbaycan Respublikasının yüksək rütbəli rəsmilərinin məlumatı ilə hazırlanmasına şübhə edirik». İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dekabrın 14-də açıqladığı məlumata etiraz olaraq yaydığı bəyanatda belə deyilir.


MTN rəsmi məlumatında şərti adı «Səidin dəstəsi» olan qrupu İranın kəşfiyyat orqanları ilə işbirliyində ittiham edir. Bu dəstə Bakıda bir sıra səfirliklərə və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı təxribat törətmək cəhdlərində günahlandırılır.


İran səfirliyinin bəyanatında deyilir: «Çox güman ki, bu ssenari, ABŞ və İsrailin kəşfiyyat orqanlarının, eləcə də Azərbaycan dövləti daxilindəki bəzi dairələrin birgə məhsuludur və bu addımla Azərbaycan hakimiyyətini bütünlüklə fakt qarşısında qoymaq niyyətini güdüblər».


İran tərəfi hesab edir ki, belə məlumatların yayılması Azərbaycan ictimaiyyətinin diqqətini xalq diplomatiyasının başlandığı anda Qarabağa dair müzakirələrdən yayındırmaqdır.


Səfirliyin fikrincə, dini icmaların fəaliyyətinə nəzarət edən qanunun yaxın gələcəkdə qəbulu ərəfəsində belə addımın atılması «dini dəyərlərin inkişafı prosesinin ləngidilməsinə» yönəlib.


Dekabrın 10-da Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsində və islam dövlətinin qurulmasına cəhddə ittiham olunan bir qrup gənc barəsində hökm çıxarılıb.


Ağır Cinayətlərə dair Məhkəmə qruplaşmanın 11 üzvünü casusluğa, ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə hazırlığa görə uzun müddətli azadlından məhrumetmə cəzasına məhkum edib. Qrupun üzvləri bu ilin yanvarında MTN-in xüsusi əməliyyatı zamanı həbs olunublar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG