Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

XİN Qarabağ məsələsinin parlamentdə müzakirəsinə ehtiyac görmür


«XİN danışıqlarla bağlı birbaşa prezidentə hesabat verir»
«XİN danışıqlarla bağlı birbaşa prezidentə hesabat verir»

Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla məsələsinin Milli Məclisdə məxsusi müzakirəsinə ehtiyac görmür. Bunu nazirliyin mətbuat katibi Xəzər İbrahim dekabrın 17-də həftəlik mətbuat konfransında bəyan edib.


Əsasən müxalifətdən olan millət vəkilləri dəfələrlə parlamentdə Qarabağ danışıqları ilə bağlı müzakirə açılmasını və XİN-in hesabat verməsini tələb ediblər.


Xəzər İbrahimsə deyir ki, belə təcrübə prezident üsul-idarəli respublikalarda mövcud deyil. O, vurğulayıb ki, XİN birbaşa ölkə başçısına tabe olduğu üçün nazir aparılan danışıqlar barədə birbaşa prezidentə məruzə edir.


Bununla yanaşı, X.İbrahim Qarabağ mövzusu ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasını da vacib sayır. Onun dediyinə görə, XİN bunu digər vasitələrlə edir. Belə ki, danışıqların konfidensiallığını pozmadan nazirlik əsas məqamlar haqqında sualları cavablandırmağa hazırdır.


Həmsədrlərin ötən ay Madriddə nazirlərə təqdim etdikləri «sülh sənədi»nə toxunan mətbuat katibi Ermənistanla tam razılıq əldə edilmədən onun ictimai müzakirəyə çıxarılmasını lüzumsuz sayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG