Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

Ölkə üzrə yaşayış minimumu adambaşına 70 manat olacaq


2008-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat müəyyən olunacaq.


Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna əsasən, əmək qabiliyyətli əhali üçün bu hədd 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün isə 59 manatdır.


Gələn ilin ehtiyac meyarı isə 45 manat nəzərdə tutulub. [ AzərTAc ]


İndi Azərbaycanda yaşayış minimumu 64 manat, ehtiyac meyarı isə 40 manatdır


Yaşayış minimumu, yəni minimum istehlak səbətinin dəyəri ölkədə əhalinin həyat səviyyəsini ölçmək, sosial vəziyyətini qiymətləndirmək üçün istifadə olunan ən vacib indikator hesab edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG