Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

Söz azadlığına təzyiqlər Vaşinqtonda müzakirə olunub


«İlqar Nəsibovun mühakiməsi Azərbaycanın məhkəmə sisteminə inamı sarsıdır»
«İlqar Nəsibovun mühakiməsi Azərbaycanın məhkəmə sisteminə inamı sarsıdır»

Dekabrın 13-də Birləşmiş Ştatların Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası - Helsinki Komissiyasında Azərbaycanda söz azadlığına təzyiqlər məsələsi müzakirə olunub.



Helsinki Komissiyası ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə birlikdə «ATƏT məkanında media azadlığı» mövzusunda dinləmələr keçirib.



Helsinki Komissiyasının üzvü, konqresmen Robert Aderholt Azərbaycanda jurnalistlərin üzləşdikləri təhlükələrdən narahatlıq bildirib. O, deyib ki, ATƏT məkanında jurnalistlərin ən çox həbs olunduğu ölkə Azərbaycandır.


Komissiyanın rəhbəri, Alsi Hastinqs «Azadlıq» radiosunun müxbiri İlqar Nəsibovun mühakimə olunmasından xüsusi narahatlıq ifadə edib:


«Mən Azərbaycanda media azadlığının yüksələn templə pisləşməsindən dərin narahatam. Hazırda Azərbaycanda doqquz jurnalist həbsdədir... Jurnalistlərə qarşı fiziki hücumlar və cərimə cəzaları da var. 20-dən çox jurnalist isə Azərbaycanda vəziyyətin pisləşməsinə etiraz olaraq xaricdə siyasi sığınacaq axtarır. «Azadlıq» radiosunun müxbiri İlqar Nəsibovun yaxınlarda həbsi və mühakiməsi təkcə Azərbaycanın mətbuat azadlığına dair öhdəliklərini pozmur, həm də ATƏT-ə üzv olan bu ölkənin məhkəmə sisteminə inamı sarsıdır».


Helsinki Komissiyasının həmsədri Ben Kardin isə İlqar Nəsibovun Naxçıvandakı məhkəməsini «kenquru məhkəməsi» (qurama məhkəmə) adlandırıb. Deyib ki, «avqustda biz mətbuata dair dinləmələr keçirəndə, Azərbaycanda yeddi jurnalist həbsdə idi, bu gün isə doqquz…».


Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin isə hər birindən 1 üzv daxildir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG