Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:14

«Avropada Adi Silahlar Müqaviləsi Cənubi Qafqazda düz işləmir»


«Bizim bu müqavilə ilə bağlı problemimiz var»

«Bizim bu müqavilə ilə bağlı problemimiz var»

«Avropada Adi Silahlar Müqaviləsi Cənubi Qafqazda düz işləmir». Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 14-də jurnalistlərə belə deyib: «Bizim bu müqavilə ilə bağlı problemimiz var».


Onun sözlərinə görə, Azərbaycanın 20 faizdən artıq torpaqları işğal olunub və nəzarətsiz ərazilərdə Ermənistan silah-sursat yerləşdirir: «Beynəlxalq ictimaiyyət isə bundan xəbərsizdir və bu fakt araşdırılmır».


Bununla belə, Məmmədyarov Azərbaycanın həmin müqavilədən çıxmasını istisna edib. O, həm də deyib ki, Ermənistan silahlanmada sözügedən müqaviləyə heç vaxt məhəl qoymayıb. Rusiyanın ardınca Ermənistanın da bu müqavilədən çıxıb-çıxmayacağına gəlincə, nazir deyib ki, bu, onların öz işidir və «bizi narahat etmir».


Qarabağ danışıqlarına toxunan E.Məmmədyarov bildirib ki, hazırda həmsədrlərin Madriddə təqdim etdiyi sənəd təhlil olunur. Bir neçə gün bundan qabaq həmsədrlər ATƏT-in yeni sədri, Finlandiyanın Xarici İşlər nazirini münaqişə ilə bağlı məlumatlandırıblar: «İndi də gözləyirik ki, vasitəçilər yanvar ayında regiona gəlsin və bundan sonra konkret fikir irəli sürmək olar».


Azərbaycan Avropada Adi Silahlar Müqaviləsinə 1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində qoşulub. Sənədə görə, Azərbaycana 220 tank, eyni sayda zirehli döyüş maşını, 285 artilleriya qurğusu, habelə 100 təyyarə və vertolyot saxlamaq kvotası nəzərdə tutulub. Bu kvota həmçinin Ermənistana aiddir.


Günün bütün mövzuları

XS
SM
MD
LG