Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:02

Ermənistanda «Azərbaycan həftəsi» keçirilir


Tədbir Yerevan məktəblərinin birində təşkil olunacaq
Tədbir Yerevan məktəblərinin birində təşkil olunacaq

«Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda keçiriləcək «Azərbaycan həftəsi»ni nə dəstəkləyir, nə də qarşı çıxır. Amma əgər belə tədbirlər Ermənistanda Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı dolğun mövqeyin formalaşmasına xidmət edərsə, bu, müsbət haldır».


Bunu «Azadlıq» radiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib.



***


Dekabrın 17-dən Ermənistanda «Azərbaycan həftəsi» keçiriləcək. Tədbir Yerevan məktəblərinin birində Aşot Bleyanın rəhbərlik etdiyi «Mxitar Sebastatsi» təhsil mərkəzində təşkil olunacaq. Bu haqda «Azadlıq» radiosunun erməni xidməti məlumat yayıb.



Qeyri-rəsmi mənbələrə əsasən, tədbirə Azərbaycandan da nümayəndə heyəti qatılacaq.



«Azərbaycan həftəsi» müddətində məktəbin şagirdləri «Azərbaycanı necə təsəvvür edirəm», «Ermənistanla Azərbaycanın gələcəyini necə görürəm» mövzusunda inşa yazacaqlar. Bundan başqa, iştirakçılara «Sərhədləri açın!» filmi göstəriləcək. Luiza Poqosyanın bu filmi Ermənistanda və Dağlıq Qarabağda çəkilib.


Tədbirin təşkilatçılarından biri də Böyük Britaniyanın Ermənistandakı səfirliyidi.


«Mxitar Sebastatsi» dövlət məktəbidi. Amma məktəbin direktoru - Ermənistanın keçmiş Təhsil naziri və bir neçə il həbsdə yatan Aşot Bleyanı daha çox Azərbaycanyönlü mövqe tutmaqda ittiham edirlər. Bleyan Azərbaycan torpaqlarının işğal edilməsinin əleyhinədi. Həm Azərbaycanla, həm də Türkiyə ilə yaxın münasibətlər qurulmasının tərəfdarıdı.


Aşot Bleyan: «Son 20 ildə biz bir-birimizdən uzaqlaşmışıq. Elə yaşayırıq ki, sanki bir-birimiz üçün yoxuq. İndi biz istəyirik ki, bir-birimiz haqqında yox, artıq dostla, qonşu ilə danışaq. Bu çox vacibdir. Çünki, indi sülhməramlı fəaliyyətə cəmiyyətin yeni təbəqələrini, o cümlədən məktəbliləri, müəllimləri cəlb etmək lazımdır. Bunsuz hakimiyyət nə etsin? Hakimiyyət cəmiyyətsiz heç nə edə bilməz, bu artıq bir növ ictimai problemdir. Dövlət, hakimiyyət strukturları təkbaşına bu münaqişəni həll etmək iqtidarında deyillər».



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG