Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:55

«Məruzəçi vəzifəsinin bərpası təklifi diqqətlə araşdırılacaq»


«Bu təklif qərar qəbul olunması zamanı nəzərə alınacaq»
«Bu təklif qərar qəbul olunması zamanı nəzərə alınacaq»

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene van der Linden Azərbaycanda demokratiya və söz azadlığının vəziyyətinin pisləşməsindən narahatdır. «Turan»a müsahibəsində Linden bildirib ki, Avropa Şurasına üzv ölkədə siyasi məhbus olmamalıdır: «Azərbaycan üzrə məruzəçiyə baş verənlər haqqında bütün informasiyaları toplamaq və Strasburqa məlumat vermək tapşırılıb. Əldə olunmuş məlumatlar ciddi müzakirələrin predmeti olacaq». AŞ PA prezidenti deyib ki, söz azadlığı demokratiyanın əsas elementidir və hakimiyyət jurnalistlərin azad fəaliyyət göstərmək hüququnu təmin etməlidir.


Linden bildirib ki, Assambleyanın son sessiyasında Azərbaycan hakimiyyətinin diqqəti yaranmış vəziyyəti düzəltməyə cəmləşmişdi. İndi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti və ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparılır. Vəziyyətin monitorinqi aparılır və nəticələri gələcək qərarların qəbulu zamanı nəzərə alınacaq: «Ümid edirəm ki, ölkənizin hökuməti və parlamenti AŞ PA-nın və məruzəçilərin qiymətlərini nəzərə alırlar və alacaqlar».


Hüquq Müdafiə Təşkilatlarının AŞ PA-ya siyasi məhbuslar üzrə məruzəçi vəzifəsinin bərpa olunması çağırışını şərh edən Linden deyib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin fikri AŞ PA üçün çox vacibdir: «Bu təklif Assambleya tərəfindən diqqətlə araşdırılacaq və qərar qəbul olunması zamanı nəzərə alınacaq». O, həmçinin bildirib ki, Azərbaycan öhdəliklərinin yerinə yetirilməsi zamanı müəyyən irəliləyiş əldə edib. Amma bu, o demək deyil ki, islahatlar dayandırılmalıdır və ya bütün vəzifələr yerinə yetirilib.


Linden Qərb və xüsusən AŞ PA-nın Azərbaycanda demokratiya pozuntularına enerji maraqlarına görə, göz yumması barədə iddialarla razı olmadığını bildirib: «Avropa Şurasının iqtisadi maraqları yoxdur və o, bu növ tapşırıqları yerinə yetirmir».


Rəsmi Bakının Venesiya Komissiyasının Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı tövsiyələrini qəbul etməkdən imtina etməsini şərh edərkən Linden bildirib ki, AŞ PA bu tövsiyələri dəstəkləyir. Venesiya Komissiyası çox böyük nüfuza malikdir və onun tövsiyələri hakimiyyət tərəfindən ciddi qəbul olunur. O, həmçinin qeyd edib ki, AŞ PA prezident seçkilərinə uzunmüddətli və qısamüddətli missiyalar göndərəcək, bu missiyalar seçkilərin yekunlarına görə öz rəylərini bildirəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG