Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:27

Yaşar Ağazadə də aclığa başlayıb


Yaşar Ağazadə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Yaşar Ağazadə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

«Müxalifət» qəzetinin həbsdə olan redaktoru Yaşar Ağazadə də Qənimət Zahidə həmrəylik məqsədilə aclığa başlayıb. Bu barədə jurnalistin vəkili Rəşid Hacılı Ağazadənin atasına istinadən məlumat verib. Jurnalistin sağlıq durumu barədə ətraflı bilgi yoxdu.


Qənimət Zahid azad mətbuata qarşı təzyiqlərə etiraz edərək dekabrın 8-dən həbsxanada aclıq aksiyasına başlayıb. Bir sıra media işçiləri də həmkarları ilə həmrəylik göstərərək aclıq edirlər. Dekabrın 14-dən «Yeni Müsavat»ın əməkdaşı Zabil Müqabiloğlu və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərov da aclığa başlayıb. Bununla da aclıq edən jurnalistlərin sayı 10-u ötüb.


Yaşar Ağazadə deputat Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb. Dekabrın 25-də Ali Məhkəmədə Apellyasiya Məhkəməsinin qərərından verilmiş şikayətə baxılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG