Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Azərbaycan Ermənistanı yalançılıqda ittiham edir


Bakıda şübhələnirlər ki, Yerevan münaqişədən seçkilərə görə spekulyasiya edir
Bakıda şübhələnirlər ki, Yerevan münaqişədən seçkilərə görə spekulyasiya edir

Azərbaycan Ermənistanı yalançılıqda ittiham edir. Xarici İşlər nazirinin müavini Araz Əzimov dekabrın 14-də bəyan edib ki, Yerevan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli bəyanatlar yaymaqla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.


Son günlər Ermənistanın Baş naziri və Xarici İşlər naziri bildiriblər ki, Dağlıq Qarabağın statusu artıq razılaşdırılıb və sülh razılaşması yaxın vaxtlarda əldə edilə bilər.


Cənab Əzimov deyir ki, Yerevan özünü sülhpərvər kimi göstərmək istəyir. Əslində isə heç bir məsələ üzərində tam və ya qismən də olsa razılıq əldə edilməyib. Ermənistandakı seçkilərə qədər hər hansı anlaşmanın qəbulu isə real deyil.


Bakı hesab edir ki, Dağlıq Qarabağın əhalisinin müqəddəratının həlli yalnız azərbaycanlılar da ora qayıtdıqdan və bölgədə birgə yaşayış şəraiti yaradıldıqdan sonra mümkündür. Amma yekunda bu proses bölgənin Azərbaycandan ayrılması kimi yozulmamalıdır.


Əzimov onu da deyir ki, Ermənistan hərbiləşmə prosesində Azərbaycanı üstələyib. Çünki Bakı öz müdafiə maraqlarını qoruyur və artırılan hərbi büdcə də ehtiyacları ödəmək üçündür:


«Azərbaycanın həm hərbi xərcləri, həm də Silahlı Qüvvələrinin sayı və gücü digər ölkələrlə müqayisədə o qədər də yüksək deyil. Azərbaycanın həm əhalisinə, həm də ərazisinə görə qüvvələrinin sayı Ermənistandakından daha azdır. Büdcənin müqayisəsi bunu deməyə əsas verir ki, Ermənistan Azərbaycandan daha çox hərbiləşir».


Bakıda şübhələnirlər ki, Yerevan münaqişədən seçkilərə görə spekulyasiya edir. Əzimov Ermənistan tərəfini bəyanatlara vaxt sərf etməməyə və dialoqa çağırıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG