Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:04

«Qarabağ razılaşması seçkilərə qədər baş tuta bilər»


Serj Sərkisyan deyib ki, yeni təkliflər həm də onun razılığı olmaqla təqdim edilir

Serj Sərkisyan deyib ki, yeni təkliflər həm də onun razılığı olmaqla təqdim edilir

Ermənistanın baş naziri Serj Sərkisyan bəyan edib ki, Yerevanla Bakı arasında Dağlıq Qarabağa dair ilkin razılaşma hətta prezident seçkisindən əvvəl də baş tuta bilər. Brüsseldə səfərdə olan Sərkisyanın «Röyter» agentliyinin müxbirinə bildirdiyinə görə, o, prezident seçkisini Qarabağa dair ilkin razılaşmanın əldə olunması üçün maneə saymır və tam razılaşma üçün çərçivə ola biləcək sazişin mümkünlüyünə əmindir.


Bununla bağlı «Yeni Müsavat» dekabrın 14-ü sayında məqalə dərc edib.


Gələn ilin prezident seçkisində hakimiyyətin namizədi kimi iştirak edəcək Sərkisyan deyib ki, seçki kampaniyası onun diqqətini Azərbaycanla konsensus əldə edilməsi məqsədindən yayındıra bilməz. Avropa Parlamentinə baş çəkən Ermənistanın baş naziri belə deyib. «Mən Ermənistan siyasətində yeni adam deyiləm və burada baş verənlərin, xüsusən Dağlıq Qarabağla bağlı proseslərin həmişə içində olmuşam». Serj Sərkisyan deyib ki, onun yeni təkliflərdən xəbəri var və bu təkliflər həm də onun razılığı olmaqla təqdim edilir.


«Üç nöqtə» isə yazır ki, «Elmar Məmmədyarov təkliflər paketini prezidentə təqdim edib».


«Azərbaycan tərəfi danışıqlar prosesinin davamlı olacağına inanır. Nazir bildirib ki, danışıqların əsas ana xəttini ilk növbədə Azərbaycanın işğal olunan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir: «Bütün beynəlxalq ictimaiyyət artıq Dağlıq Qarabağa Azərbaycanın tərkibi kimi qəbul edir və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi birmənalı qəbul edilir. Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyət verilə bilər».


Nazir deyib ki, indi başlıca problem sülhə aparan mərhələləri müəyyənləşdirməkdir. Rayonların azad olunması, məcburi köçkünlərin qaytarılması, sülhməramlıların yerləşdirilməsi, donor konfransının keçirilməsi və s. bu kimi mərhələlərdir.


Yeni Azərbaycan Partiyasının orqanı «Yeni Azərbaycan» qəzeti yazır ki, «borclarını ödəməyən sahibkarların bank hesabları bağlanacaq».


«Vergilər Nazirliyi borclarını ödəməyən sahibkarlara bank hesablarının bağlanacağını xəbərdar edib. Vergi ödəyicilərinə ilk olaraq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bildirişlər göndərilir, əgər onlar buna məhəl qoymurlarsa bank hesablarına sərəncamlar tətbiq edilir. Vergilər Nazirliyinin vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi Bəxtiyar Qəhrəmanov bildirib ki, 2007-ci ilin ötən ayları ərzində 21605 ödəyicinin bank hesablarına sərəncamlar verilib».


Nazirliyin idarə rəisi hesab edir ki, bu addımlar dövlət büdcəsinə ödənişlərin yerinə yetirilməsi məqsədi daşıyır.


İqtidaryönlü Ana Vətən Partiyasının (AVP) funksioneri hesab edir ki, partiyada sədr dəyişikliyinə ehtiyac yoxdur. «Fəzail Ağamalı partiyanı yaxşı idarə edir. Ona görə də mən qurultayda namizədliyimi irəli sürməyəcəyəm və onun namizədliyini dəstəkləyəcəyəm», -deyə AVP sədrinin müavini Zahid Oruc bildirib. Xəbəri «Ekspress» yayıb.


O, hesab edir ki, partiyaya rəhbərlik etmək, təşkilatın yerli strukturlarının fəaliyyətini təmin etmək böyük resurslar tələb edir: «Ağamalı ilə münasibətlərim normaldır və sədrə qarşı hər hansı bir qərəz və iddiam yoxdur».


Günün bütün mövzuları

XS
SM
MD
LG