Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 11:02

Nazirlik qiymət artımının qarşısını ala biləcəkmi?


«Bayram günü ətin baha satılmasının qarşısını almaq inandırıcı görünmür»
«Bayram günü ətin baha satılmasının qarşısını almaq inandırıcı görünmür»

İqtisadi İnkişaf Nazirliyi Qurban Bayramında mal və qoyun ətinin qiymətinin süni şəkildə artırılacağından narahatdır. Bununla bağlı Nazirlik yanında Antiinhisar Dövlət Xidməti həm ət satışıyla məşğul olanlara, həm də əhaliyə xəbərdarlıq edib. İş adamlarına bildirilib ki, bayram ərəfəsində qiymətləri qaldırsalar, onlar haqqında inzibati tədbirlər görüləcək. Əhaliyə də xəbərdarlıq edilib ki, süni qiymət artımıyla üzləşəndə dərhal Antiinhisar Dövlət Xidmətinə məlumat versinlər.


Amma Bakının Nəsimi bazarında ət satanlar deyir ki, nazirlik heç narahat olmasın. Çünki onların qiymət qaldırmaq fikirləri yoxdur.


«Nazirlik narahat olmasın onsuz da iki ilə yaxındı 4 manata, 4 manat 40-60 qəpiyə satırıq. Ola bilər yol kənarında kimsə qiyməti qaldırsın. Biz belə bir addım atmıyacağıq».


Amma bazarlardan fərqli olaraq müxtəlif ət dükanlarında mal və qoyun əti 60-70 qəpik bahadır.


Satıcılardan fərqli olaraq alıcılar bayram ərəfəsi bahalaşma olacağına şübhə etmirlər. Həmsöhbət olduğum adamlar deyir ki, hər il şahidi olurlar ki, bayram ərəfəsi qiymətlər qalxır və elə ilboyu da belə davam edir.


Bir neçə ərzaq mağazasında apardığım müşahidədən də aydın oldu ki, ölkəyə xaricdən gətirilən malların qiymətində təxminən 20-25 faiz bahalaşma var. Satıcıların dediyinə görə, elə ərzaq malları da var, misal üçün Yeni Zelandiyanın istehsalı olan kərə yağı təxminən yüz faiz bahalaşıb.


Bəs bahalaşma nə ilə bağlıdır və bunun qarşısını almaq mümkün olacaqmı? Şəhər sakinləri bunu ya benzinin qiymətinin qalxması, malların qiymətinə nəzarətin olmaması və s. ilə izah edirlər.


«Turan» İnformasiya Agentliyinin monitorinq və araşdırma qrupunun rəhbəri Samir İsmayılov inanmır ki, inzibati yolla qiymət artımının qarşısını almaq mümkün olsun. O, hesab edir ki, bu bahalaşma bütün sahələrdə müşahidə olunduğundan bayram günü ətin baha satılmasının qarşısını almaq inandırıcı görünmür. Samir İsmayılov deyir ki, adi günlərdən fərqli olaraq bayram günləri Azərbaycanda bahalaşma həmişə olub. Bu birinci dəfə deyil.


İqtisadi İnkişaf nazirliyi yanında Antiinhisar Xidmətinin əməkdaşları isə yoxlamaları davam etdirirlər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xidmət Qurban bayramı ərəfəsində ət satılan yerlərə baxış keçirir. Eyni zamanda həmin yerlərin siyahısı hazırlanır ki, bayram günləri qiymətlərə nəzarət daha asan olsun.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG