Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:12

Bir sıra polis idarələrində işgəncə faktları aşkarlanıb


«Müvəqqəti saxlama yerləri standartlara uyğunlaşdırılsa da, pozuntular da var»
«Müvəqqəti saxlama yerləri standartlara uyğunlaşdırılsa da, pozuntular da var»

«Bir sıra polis idarələrində bu gün keçirdiyimiz monitorinq nəticəsində işgəncə və qanunsuzluq faktları aşkar etdik». İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu sözləri «Turan»ın müxbirilə söhbətində söyləyib.


O, dekabrın 13-də Siyəzən, Dəvəçi, Xaçmaz, Quba rayon polis idarələrində monitorinq apardığını bildirib. E.Behbudovun sözlərinə görə, müvəqqəti saxlama yerləri standartlara uyğunlaşdırılsa da, pozuntular da var.


Hüquq müdafiəçisi konkret polis idarəsinin adını çəkmədən bir işgəncə faktı aşkarladığını deyib və bildirib ki, müstəntiq izahatlara qol çəkdirmək üçün müttəhimə zor tətbiq edib və nəticədə müttəhimin dişlərini qırıb.


Onun sözlərinə görə, başqa ciddi qanun pozuntusu müttəhimin polisdə ən uzağı 48 saat saxlana biləcəyi halda, artıq bir həftədir ki, idarədə saxlanmasıdır.


E.Behbudov aşkar edilmiş hüquq pozuntuları və onların aradan qaldırılması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG