Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

Qənimət Zahid sona qədər aclığı davam etdirmək niyyətindədir


Qənimət Zahid aclığı davam etdirsə səhhətində ciddi problemlər yaranacaq
Qənimət Zahid aclığı davam etdirsə səhhətində ciddi problemlər yaranacaq

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid sona qədər aclığı davam etdirmək niyyətindədir. Bunu «Azadlıq» radiosuna dekabrın 13-də Qənimət Zahidlə görüşən vəkil Elçin Sadıqov deyir.


Vəkilin sözlərinə görə onların iştirakı ilə baş redaktor həkim müayinəsindən keçib. Müayinədə məlum olub ki, Qənimət Zahid aclıq etdiyi bu 5 gündə 6 kiloqram arıqlayıb:


«Həkim dedi ki, Qənimət Zahid aclığı davam etdirsə 2-3 günə onun səhhətində ciddi problemlər yaranacaq. Qənimət müəllim isə deyir ki, aksiyanı sona qədər davam etdirəcək».
Qənimət Zahid mətbuata təzyiqlərə son qoyulması tələbi ilə aclıq aksiyası keçirir. 10 yaxın jurnalist də aclıq aksiyası keçirərək onunla həmrəy olduqlarını bildirirlər.


Qənimət Zahidin istintaqı isə artıq başa çataraq məhkəməyə göndərilib. O, xuliqanlıqda və qəsdən bədənə orta-ağır xəsarət yetirməkdə ittiham edilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG