Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:19

Rusiyanın Kosova ilə bağlı yeni təklifi rədd edilib


Serbiyanın Kosova bölgəsində etnik albanlar yaşayır, onlar müstəqillik tələb edirlər

Serbiyanın Kosova bölgəsində etnik albanlar yaşayır, onlar müstəqillik tələb edirlər

Qərb dövlətləri Rusiyanın Kosova ilə bağlı yeni təklifini rədd ediblər. Rusiya istəyir ki, Kosovanın gələcək statusu ilə bağlı danışıqlar davam etsin. Kosova albanları bildirmişdilər ki, dekabrın 10-a kimi vasitəçilərin səyi fayda verməsə, birtərəfli müstəqillik elan edəcəklər. Dörd aylıq danışıqlar nəticəsiz olub.


Rusiyanın təklifinə münasibətdə Amerikanın da, Böyük Britaniyanın da BMT-dəki elçiləri deyiblər ki, vasitəçilik artıq tükənib. Amerikanın BMT-dəki səfiri bildirib:


«Bizim də, avropalıların da baxışı budur ki, vasitəçilik prosesi tükənib. İndi qərar vermək üçün Təhlükəsizlik Şurasının vaxtıdır. Əgər şura qərar verməsə, onda problemin çarəsini kənarda axtarmaq lazım gələcək».


Serbiyanın Kosova bölgəsində etnik albanlar yaşayır, onlar müstəqillik tələb edirlər. Serbiya buna razı deyil. Rusiya Serbiyanı, Qərb albanları dəstəkləyir.



Günün bütün mövzuları

XS
SM
MD
LG