Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16

Urmiyə Universitetinin fizika fakültəsinin tələbəsi və Şəhriyar adına tələbə ocağının sədri Əkbər Paşayi 1 il həbsə məhkum edilib. Bu haqda «Urmu News» xəbər saytı məlumat yayıb.


Urmiya İnqilab Məhkəməsinin dekabrın 8-də çıxardığı hökmdə Paşayi «Güney Azərbaycan İstiqlal Partiyası»nı himayə və təbliğ etmək, 2006-cı ilin may ayında baş verən karikatura qalmaqalında əhalini aksiyalara cəlb etmək və s.-də ittiham olunub.


Əkbər Paşayi bu ilin yayında bir neçə həftə ETTELAAT-ın Urmiyə şöbəsində saxlanmış, istintaq zamanı döyülmüş, baş, üz və bel nahiyələrindən ağır xəsarətlər almışdı.


Əsli Miyana şəhərindən olan tələbə fəal daha sonra Urmiyə zindanına aparılmışdı. O, ETTELAAT və zindan əməkdaşlarının rəftarına etiraz olaraq aclıq elan etmişdi.


Paşayi iyulun 1-də girov şərti ilə məhkəmə tarixinə qədər azadlığa buraxılmışdı.


Əkbər Paşayi Urmiya Universiteti İnzibati Komitəsinin qərarı ilə həmçinin 1 il təhsildən də məhrum edilib.


İttihamların yersiz olduğunu bildirən fəal son çıxışında deyib ki, özü və başqa tələbələrə qarşı irəli sürülən bu ittihamlardan məqsəd diqqəti milli tələblərindən uzaqlaşdırmaqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG