Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:05

Daha 4 jurnalist aclıq aksiyasına qoşulub


Qənimət Zahid aclıq edir, 20 noyabr 2006
Qənimət Zahid aclıq edir, 20 noyabr 2006

Qənimət Zahidlə həmrəylik üçün daha 4 jurnalist aclıq aksiyasına qoşulub. Bunlar «Yeni Müsavat» qəzetinin əməkdaşları Elşad Məmmədli, Aytən Həsənova, «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu və «24 saat» qəzetindən Fikrət Fərəməzoğludur.


Bunu «Azadlıq» radiosuna «Yeni Müsavat»ın redaktoru Azər Ayxan deyib. Onun sözlərinə görə, dekabrın 10-dan aclığa başlayan «Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu hələ də aksiyanı davam etdirir.


«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Q.Zahid dekabrın 8-dən aclıq aksiyasına başlayıb. Baş redaktor mətbuata basqılara son qoyulması tələbilə müddətsiz aclıq etmək niyyətindədir.


Qənimət Zahid qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG