Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Araz Əzimov: «Qarabağ probleminin həlli yalnız bu yoldan keçir»


«Bakı Dağlıq Qarabağda ermənilərin müqəddəratlarını təmin etmə istəyini qəbul edir. Bir şərtlə ki, buna ərazinin Azərbaycandan ayrılması kimi baxılmamalıdır».


Bunu Xarici İşlər nazirinin müavini, prezidentin Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Araz Əzimov deyir. Onun sözlərinə görə, onsuz da Azərbaycanın razılığı olmadan sərhədlərini dəyişmək mümkün olmayacaq: «Müqəddəratın təyini o deməkdir ki, əhalinin hansısa qrupu öz mövqeyini bildirmək istəyir və biz bu hüququ tanıyırıq. Bunun üçün ümummilli səsvermənin keçirilməsi Azərbaycanda qəbul olunmuş yoldur. Dağlıq Qarabağ probleminin həlli də yalnız bu yoldan keçir».


Cənab Əzimov deyir ki, başqa yol da var. Lakin Bakı hələ o barədə danışmaq istəmir: «Amma əgər ermənilər və başqa biriləri münaqişənin yalnız sülh şəraitində həllini mümkün sayırlarsa, yenə də Azərbaycanın öz ərazilərinin bir hissəsini itirmək perspektivi ilə razılaşacağını gözləməsinlər. Bu, ağılsızlıq olardı».


Əzimov onu da bildirib ki, Ermənistan rəsmiləri iki aydan sonra ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində və ondan sonra Qarabağ münaqişəsi ilə spekulyasiya edərlərsə və siyasi oyunlar apararlarsa, danışıqlarda problem yaranacaq. Belə ki, o zaman Bakı imkanların bitdiyini bəyan edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG