Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

«Əgər NATO-ya üzvlük bizim maraqlarımıza uyğun gəlmirsə, ona yaxın durmayacağıq»


«Əgər görsək ki, NATO-ya üzvlük Azərbaycanın potensial problemlərini həll etmək üçün yararlı olar, onda buna gedərik». Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov bəyan edib. Cənab Əzimov deyir ki, üzvlük təkcə Azərbaycandan asılı deyil, NATO və digər tərəflərin də münasibətləri nəzərə alınmalıdır: «Hamı hazır olandan sonra Azərbaycan NATO-ya üzvlük məsələsinə baxacaq, əslində, indi də baxır. Lakin bu, NATO-nun gözəl gözlərinə görə deyil. Əgər üzvlük bizim maraqlarımıza uyğun gəlmirsə, ona yaxın durmayacağıq».


Nazir müavini vurğulayıb ki, Bakı NATO ilə spekulyasiya etmək istəmir və öz maraqlarından çıxış edəcək.


NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqnev Rıbatski isə dekabrın 10-da Bakıda NATO qış məktəbinin açılış mərasimində deyib ki, hərbi alyansa üzvlük Azərbaycanın özündən asılıdır. O, diqqəti buna yönəldib ki, NATO ilə əlaqələr digər sahələrlə yanaşı müdafiə və təhlükəsizlik islahatlarını da nəzərdə tutur. Xüsusi nümayəndə deyir ki, Azərbaycan NATO-nun gündəliyində vacib rol oynayır.


XS
SM
MD
LG