Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

«Kosovo presedenti ilə bağlı bəyanatlar Azərbaycanı qorxutmamalıdır»


Azərbaycan XİN bildirir ki, Kosovo ilə Dağlıq Qarabağ arasında paralellik aparmaq düz deyil

Azərbaycan XİN bildirir ki, Kosovo ilə Dağlıq Qarabağ arasında paralellik aparmaq düz deyil

Bunu dekabrın 10-da Xarici İşlər nazirinin müavini Araz Əzimov bəyan edib.


Bir sıra Qərb ölkələri Kosovo probleminin həllini etnik albanların yaşadığı ərazinin Serbiyadan ayrılmasında görür. Rusiya isə buna qarşıdır və belə olarsa bunun digər etnik münaqişələr üçün də presedent yaradacağını bildirir.


Araz Əzimov isə hesab edir ki, əgər belə şərait yaranarsa, onun qarşısını almaq mümkündür- «sadəcə onu qəbul etməməklə».


«Kosovodakı proseslər bizi qane edə bilməz. Aydındır ki, orada hökm sürən vəziyyət etnik təmizlənmənin nəticələrini möhkəmləndirir və birtərəflidir. Belə presedentin bizim üçün də təsirləri ola bilər. Lakin bu, sadəcə bir çağırışdır və Azərbaycan da belə çağırışlara yəqin ki, hazır olacaq».


Kosovo Serbiyanın ərazisi sayılsa da son 8 ildə BMT idarəçiliyi altında tənzimlənir. Burada yaşayan albanların liderləri dekabrın 10-dan birtərəfli qaydada müstəqilliklərini elan edəcəyini bildirirlər.


Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim ənənəvi həftəlik mətbuat konfransında bəyan edib ki, Kosovoda baş verənlərlə Dağlıq Qarabağ arasında paralellik aparmaq düzgün deyil, belə ki, hər münaqişənin öz fəlsəfəsi var.


Günün bütün mövzuları

XS
SM
MD
LG