Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45

«Elə şirkətlər var ki, 10 milyon dollardan artıq vəsaiti vergidən gizlədiblər»


Bu ilin əvvəlindən indiyə qədər vergidən yayınma ilə bağlı 200-dən artıq şirkət cinayət məsuliyyətinə cəlb olunub. Bunu Vergilər naziri Fazil Məmmədov deyib. Onun sözlərinə görə, elə yerli və xarici şirkətlər var ki, onların vergidən gizlətdiyi vəsait 10 milyon dollardan artıqdır. Tikinti sektorunda da xeyli vergidən yayınma hallarının mövcud olduğunu deyən nazirə görə, mənzillər baha satılsa da, şirkətlər həmin məbləğə uyğun vergi ödəmirlər.


Fazil Məmmədov deyir ki, Vergi Məcəlləsində mənzil tikintisinin vergiyə cəlb olunmasıyla bağlı xüsusi təkmilləşmə təsdiq olunub.


Məcəlləyə dəyişikliyin qüvvəyə minməsi haqda prezidentin yaxın günlərdə fərman verəcəyi gözlənir.


Fazil Məmmədov bildirir ki, yanvar ayından başlayaraq bu sahədə ciddi addımlar atılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG