Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:01

Ələtdə etiraz aksiyası keçirilib


Dekabrın 9-da Söz Azadlığını Müdafiə Komitəsinin və «Dalğa» Gənclər Hərəkatının təşkilatçılığı ilə Ələt çölündə «Yaşasın azad Azərbaycan çölləri!» şüarı altında etiraz aksiyası keçirilib. «Yeni Müsavat» qəzetinin məlumatına görə, təxminən 70 nəfərlik aksiyada iştirakçılar əllərində «Azad fərd, məsuliyyətli vətəndaş!», «Təhsildə rüşvət-gələcəkdə korrupsiyadır!» və «Biz terrora «yox!» deyirik!» sözləri yazılmış plakatlar tutublar.


Aksiyanı giriş sözü ilə politoloq Zərdüşt Əlizadə açıb. O, boru kəmərinin üzərinə çıxaraq, «Mən milli sərvətimizi hər gün təxminən 700 min barel xaricə daşıyan neft kəmərinin üstündə duraraq azad sözü müdafiə edirəm»,- deyib.


Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin koordinatoru Toğrul Cuvarlı isə bütün Azərbaycan gəncliyini birləşməyə çağırıb.


«Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bildirib ki, aksiyanı təşkil edərkən əsas qayələri Azərbaycan cəmiyyətinə və dünyaya məlum bir həqiqəti çatdırmaqdan ibarət olub: «İstədik çatdıraq ki, bizim şəhərlərdə, torpaqların qiymətli yerlərində azadlıq yoxdur. Torpaqların ən qiymətsiz, heç kimin ev tikə bilmədiyi, əkin-biçin etmədiyi yerlər isə ancaq Azərbaycan çöllərində qalıb. Bizim istəyimiz odur ki, azadlığı bu çöllərdən Bakıya, Gəncəyə, Şəkiyə, bir sözlə insanların yaşadığı yerə daşıya bilək».


«Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov isə deyib ki, indi söhbət təkcə jurnalist həbslərindən yox, bütünlükdə cəmiyyəti başına götürən bəlalardan gedir


Jurnalistlərin dekabrın 8-də Bakıdakı Ukrayna dairəsində mitinq keçirmək istəkləri baş tutmayıb.


XS
SM
MD
LG