Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:40

«Mənə qarşı heç kim ağır ittiham irəli sürə bilməz»


«Elmar Hüseynov qətlə yetiriləndə Zakir Nəsirov vəzifədə idi»
«Elmar Hüseynov qətlə yetiriləndə Zakir Nəsirov vəzifədə idi»

Baş prokuror Zakir Qaralov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən belə deyib.


Sabiq idarə rəisi Baş Prokurorluğun çoxsaylı adam oğurluğunda və qətllər törətməkdə təqsirləndirilən Hacı Məmmədovu himayə etdiyini bildirmişdi.


Baş prokuror isə deyir ki, adam oğurluğu ilə bağlı bütün cinayət işlərinin vahid istintaq qrupunda toplanması və prokurorluğun icraatına götürülməsi onun təşəbbüsüdür. Qaralov həmin adamların da onun təşəbbüsüylə həbs olunduğunu deyib.


O, Zakir Nəsirovun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məlumatlara malik olması haqda dediklərinə də münasibətini bildirib. Baş prokuror deyib ki, bununla bağlı kimdə hansısa fakt varsa ərizə ilə müraciət edə bilər.


«Elmar Hüseynov qətlə yetiriləndə Zakir Nəsirov vəzifədə idi və bu cinayətin üstünün açılması məsələsi onun vəzifə borcuydu».


Zakir Qaralov deyib ki, buna baxmayaraq prokurorluq bu gün də Zakir Nəsirovdan həmin məlumatları almağa hazırdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG