Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:46

«Avro-Atlantik məkana inteqrasiya Azərbaycan üçün ən yaxşı yoldur»


«NATO-ya inteqrasiya Azərbaycanda demokratik idarəçiliyin yaradılmasına yardım edəcək»

«NATO-ya inteqrasiya Azərbaycanda demokratik idarəçiliyin yaradılmasına yardım edəcək»

«Amerika inanır ki, demokratik dəyərlərə əsaslanan Avro-Atlantik məkana inteqrasiya Azərbaycan üçün ən yaxşı yoldur». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders dekabrın 9-da Bakıda İnsan haqları və Avropaya inteqrasiya prosesinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.


O, ümid edib ki, NATO-ya inteqrasiya çərçivəsində aparılan islahatlar Azərbaycanda güclü və demokratik idarəçiliyin yaradılmasına yardım edəcək.


Xanım Ders diqqəti buna yönəldib ki, Avro-Atlantik icması tərəfindən dəstəklənən davamlı demokratiya Azərbaycanın milli təhlükəsizliyi üçün də önəmlidir. Belə ki, enerji gəlirləri böyük imkanlar gətirməklə yanaşı, Azərbaycanı bəzi problemlərlə də üzləşdirə bilər.


«Enerji ilə zəngin digər dövlətlərdə güclü demokratik təsisatlar və məsuliyyətli idarəçilik olmaması səbəbindən enerji gəlirləri korrupsiya, inflyasiya və qeyri sabitliyin artmasına təkan verib. Uzunmüddətli perspektivdə ən güclü, sabit və uğurlu dövlətlər məhz insan hüquqlarına və demokratik təsisatlara arxalanan və xalq tərəfindən azad və ədalətli seçkidə seçilən dövlətlərdir».


Səfir hesab edir ki, «mürəkkəb və çətin regionda uğur qazanmaq istəyən gənc ölkə kimi» Azərbaycan demokratik məkana inteqrasiyası çərçivəsində siyasi, iqtisadi islahatları sürətləndirsə, bu, ölkənin təsirlərə müqavimət göstərməsinə kömək edəcək.


Səfir yerli vətəndaş cəmiyyəti təmsilçilərini NATO ilə bağlı məsələlərə daha sıx qatılmağa çağırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG