Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

Dövlət Departamenti İlqar Nəsibovun həbsindən son dərəcə narahatdır


Dövlət Departamenti Bakını jurnalistlərin həbsi ilə bağlı hallara yenidən baxmağa çağırır
Dövlət Departamenti Bakını jurnalistlərin həbsi ilə bağlı hallara yenidən baxmağa çağırır
Birləşmiş Ştatlar Azərbaycanda «Azad Avropa/Azadlıq» radiolarının müxbiri İlqar Nəsibovun həbsindən son dərəcə narahatdır.

ABŞ Dövlət Departamenti baş verənləri Azərbaycanda media azadlığı ilə bağlı vəziyyətin pisləşməsinin daha bir nümunəsi adlandırıb:


«Biz «Azad Avropa/Azadlıq» radiolarının müxbiri İlqar Nəsibovun Naxçıvanda həbsindən dərin narahatlıq keçiririk. Peşəkar və obyektiv media təşkilatının nümayəndəsinə qarşı bu cür hərəkət Azərbaycanda media azadlığı ilə bağlı vəziyyətin pisləşməsinin daha bir göstəricisidir. Rəsmilərin media azadlığına hələ də hörmət bəsləməməyi Azərbaycanın insan haqları və demokratik islahatlara dair öhdəliklərilə bir araya sığmır».


ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini jurnalistlərin həbsi ilə bağlı bu və digər hallara yenidən baxmaq üçün təcili ölçülər götürməyə çağırır:


«Biz Azərbaycan hökumətini söz azadlığı və qanunun aliliyinə hörmətə dair götürdüyü öhdəliklərə tam riayət etməyə çağırırıq».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG