Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Seçkilər ATƏT-in müşahidəçiləri olmadan keçə bilər


«Hər halda, bu tendensiya açıq hiss olunur»

«Hər halda, bu tendensiya açıq hiss olunur»

«Siyasi partiyalar Seçki Məcəlləsi ilə yanaşı, sərbəst toplaşma azadlığına dair təkliflərini də beynəlxalq təşkilatlara təqdim ediblər. İndi aksiyaların keçirilməsi bizim fəaliyyətimizin əsasını təşkil edir. Yanvarda sərbəst toplaşma azadlığı ilə bağlı hakimiyyət nümayəndələri ilə Venesiya Komissiyası arasında müzakirələr başlanacaq. Belə görünür ki, hakimiyyət beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil».


Bunu «Gün səhər» qəzetinə AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimov deyib. Onun fikrincə, hakimiyyət seçki ərəfəsində beynəlxalq qurumlarla qarşıdurmaya can atır və böyük ehtimalla 2008-ci il seçkilərində hakimiyyət beynəlxalq təşkilatların müşahidəçilərini ölkəyə buraxmayacaq:


«Hər halda, bu tendensiya açıq hiss olunur. Belə görünür ki, iqtidar Rusiyadakına bənzər seçki keçirməyi düşünür».


Həsən Kərimov ATƏT müşahidəçilərinin seçki günü Bakıya buraxılmayacağını mümkün variant hesab edir.


Həsən Kərimov bir daha vurğulayıb ki, «Azadlıq» bloku şəhərin mərkəzində mitinq keçirmək niyyətindən əl çəkməyib:


«Biz 8 dekabr mitinqinə ona görə razılıq vermişdik ki, təşkilatçı deyildik və aksiya jurnalistlərlə bağlı idi. Aksiyalarla bağlı öz mövqeyimizi dəyişməmişik».




«Biz jurnalistlərin hamısının əfv olunması məsələsini qoymuşuq. Hesab edirik ki, bütün jurnalistlər azadlığa buraxılmalıdır».


Bunu «Azadlıq» qəzetinə insan haqları üzrə İşçi Qrupuna üzv olan hüquq müdafiəçisi Çingiz Qənizadə söyləyib.


Konkret Qənimət Zahidə gəlincə, Qənizadə onun da həbsini əsassız sayır:


«Hesab edirik ki, bu, əvvəlcədən planlaşdırılmış həbsdir. Biz onun barəsində çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsində israrlıyıq. Çünki onun barəsində hökm çıxarılmadığına görə, əfvə düşə bilməz… Yenə də deyirəm ki, əgər əfv yarımçıq olacaqsa, biz İşçi Qrupu tərk edəcəyik».



«Məcburi köçkünlərə məxsus telefonların qəflətən bağlanması cəmiyyətin sosial müdafiəyə və dövlət himayəsinə daha çox ehtiyac duyan bu təbəqəsini son həddə qədər hiddətləndirərək onları ayağa qaldırıb. Noyabrın 6-sı və 7-də bir qrup məcburi köçkün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus Xətai və Nizami rayon rabitə qovşağı idarələrinin qarşısında aksiya keçirib».


Bu haqda «Yeni Müsavat» qəzeti xəbər verir.


Aksiya iştirakçıları müvafiq qurumlardan problemi təcili şəkildə həll etməyi tələb ediblər.


Adıçəkilən nazirliyin noyabrın 4-də saat 5-6 radələrində heç bir xəbərdarlıq etmədən köçkünlərin telefonlarını kəsməsi sonuncuların məskunlaşdıqları ərazilərdə də gərginliyə səbəb olub.


Son günlər paytaxtda gəzən şayiələrə görə, hakimiyyət belə bir addım atmaqla didərginlərin güzəştlərini ləğv etmək istəyir. Digər bir məlumata görə, Bakıda məskunlaşmış köçkünlərin bir qismi 2008-ci il prezident seçkisinə qədər aran rayonlarına köçürüləcək. Deyilənlərə əsasən, ilk olaraq həmin rayonlara Dərnəgül qəsəbəsində məskunlaşmış qaçqınlar yerləşdiriləcək. Buna səbəb isə qəsəbənin paytaxtın mərkəzinə yaxın olmasıdır. Digər tərəfdən də, ərazi xeyli müddətdir imkanlı məmurların diqqət mərkəzindədir. Artıq qəsəbənin hansısa tikinti «boss»larına satıldığı da söylənilir.


Başqa bir versiya isə budur ki, sözügedən ərazidə 2016-cı ildə keçiriləcək olimpiadaya hazırlıq üçün iri idman kompleksi salınacaq.


XS
SM
MD
LG