Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:53

«İndi xalq diplomatiyası lazım deyil»


Bunu Prezidentin İcra Aparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Azadlıq» radiosuna bildirib.


Onun sözlərinə görə, Ermənistan tərəfi işğalçılıq siyasətini dəyişmək üçün heç bir konstruktiv addım atmır və belə halda əhali heç nə edə bilməz.


«Erməni əhalisi öz rəhbərlərinin təsiri altındadır. Buna görə də indiki münasibətlərin xarakterini nəzərə aldıqda xalq diplomatiyası lazım deyil və özünü doğrultmur. Münaqişə ilə bağlı danışıqların hazırkı anatomiyasında ona yer yoxdur».


Bununla yanaşı, cənab Məmmədov bir neçə ay əvvəl Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərini «lazımlı» adlandırıb. Belə ki, bununla Bakı Qarabağda baş verənlər barədə əlindəki məlumatları yoxlaya bilib. Şöbə müdirinə görə, «ehtiyac yaranarsa belə səfər yenidən təkrarlana bilər».


Məmmədov onu deyib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın hərbi bəyanatlardan narahatlığı əsassızdır, çünki müharibə Azərbaycanın Qarabağ planının lap sonunda dayanır.


XS
SM
MD
LG