Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:54

«İstisna deyil ki, Azərbaycanın məsələsi müzakirəyə çıxarılsın»


Herkel deyir ki, səfərdən istifadə edib Azərbaycandakı vəziyyəti dərindən öyrənəcək

Herkel deyir ki, səfərdən istifadə edib Azərbaycandakı vəziyyəti dərindən öyrənəcək

«Əgər vəziyyət düzəlməsə, istisna deyil ki, Azərbaycanın məsələsi gələn ilin aprelində, yaxud iyununda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar iclasında müzakirəyə çıxarılsın». Bunu «Azadlıq» radiosuna eksklüziv açıqlamasında AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib. Herkel deyib ki, belə bir addım o halda atıla bilər ki, Venesiya Komissiyasının Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklər qəbul edilməsin: «Ölkədəki ümumi mühit, ilk növbədə də jurnalistlər arasında vahimə atmosferinin olması, bir çox jurnalistlərin həbsi ilə bağlı vəziyyət düzəlməsin».


A.Herkel bildirib ki, Azərbaycanın məsələsi AŞ PA-nın qış sessiyasına çətin çıxarılsın. Çünki belə bir müzakirənin olması üçün gərək həmməruzəçilər Azərbaycana rəsmi səfər etsin. Onun Azərbaycan üzrə digər məruzəçi Yevgeniya Jivkova ilə birlikdə Azərbaycana rəsmi səfəri isə gələn ilin fevralına planlaşdırılır.


Andres Herkel «Azadlıq» radiosunun Naxçıvan müxbiri İlqar Nəsibovun həbs edilməsini şərh etməyib. Deyib ki, bunu dekabrın 8-də Azərbaycana qeyri-rəsmi səfəri zamanı edəcək. Herkel Bakıda insan haqları ilə bağlı beynəlxalq konfransda iştirak edəcək. Onun sözlərinə görə, səfərdən istifadə edib Azərbaycandakı vəziyyəti daha dərindən öyrənəcək və bundan sonra jurnalistlərin son həbsləriylə bağlı rəyini bildirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG