Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Spiker peşə fəaliyyətinə görə həbs olunan jurnalist tanımadığını deyir


«Onlar boş-boş şeylər yazırlar. Bu nə jurnalistikaya, nə də dövlətə hörmət gətirir»

«Onlar boş-boş şeylər yazırlar. Bu nə jurnalistikaya, nə də dövlətə hörmət gətirir»

«Azərbaycanda peşəkar fəaliyyətinə görə həbs olunan jurnalist yoxdur». Milli Məclisin dekabrın 7-də keçirilən iclasında spiker Oqtay Əsədov belə deyib.


Parlamentin iclasında bir sıra millət vəkilləri ölkədə söz azadlığı sahəsində durumun acınacaqlı olması barədə məsələ qaldırıblar.


Spiker isə onların cavabında deyib: «Mən peşə fəaliyyətinə görə həbs olunan jurnalist tanımıram. Onlar boş-boş şeylər yazırlar. Bu nə jurnalistikaya, nə də dövlətə hörmət gətirir».


Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda söz azadlığının təmin edilmədiyini bildirir. Həbsdə olan 10 jurnalistin dərhal azadlığa buraxılması tələb edilir.


Həbsdə olan jurnalistlər onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu və məhz peşə fəaliyyətlərinə görə həbs edildiklərini deyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG