Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:14

«İlqar Nəsibovla həbsxanada pis rəftar edilə bilər»


Beynəlxalq təşkilatlar İlqar Nəsibovu dərhal azad etməyə çağırırlar

Beynəlxalq təşkilatlar İlqar Nəsibovu dərhal azad etməyə çağırırlar

Azərbaycan jurnalistləri bədxah şəkildə təqib etməklə, həbsdə olan jurnalistlərin sayına görə Avropada və Mərkəzi Asiyada yeni rüsvayçı rekord vurdu. Jurnalistləri Müdafiə Komitəsinin (JMK) icraçı direktoru Coel Saymon belə deyib.


Təşkilat Naxçıvan hakimiyyətini «Azadlıq» radiosunun müxbiri İlqar Nəsibovu azadlığa buraxmağa çağırır. Bildirilir ki, yeli hakimiyyət hər iki jurnalistə qarşı təzyiqləri dayandırsın, müsadirə etdiyi kompyuteri geri qaytarsın. İlqar Nəsibov barədə ittihamı Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov qaldırıb. O, iddia edir ki, jurnalist prezidentin elektron ünvanına göndərdiyi şikayətdə ona böhtan atıb.


İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova da «Azadlıq» radiosunun müxbiridir. Məlahət Nəsibova deyir ki, o başa düşə bilmir ki, həyat yoldaşının prezidentə yazdığı məktub necə polis rəisinin əlinə keçib. Onun sözlərinə görə, bu ancaq o halda baş verə bilər ki, Prezident Aparatından kimsə məktubu geri göndərib. Məlahət Nəsibova narahatdır ki, onun özünü də həbs edə bilər. Deyir ki, İlqar Nəsibovla həbsxanada pis rəftar edilə bilər. «Yerli hakimiyyət elə edib ki, daha Naxçıvanda işləmək mümkün deyil, amma nə baş verməsindən asılı olmayaraq mən Naxçıvanı tərk etməyəcəyəm».


Bununla da Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-a çatıb. Jurnalistləri Müdafiə Komitəsinin son hesabatına görə, Azərbaycan məhbus jurnalistlərin sayına görə dünyada 5-cidi.


Beynəlxalq hüquq müdafiə təşkilatları deyirlər ki, Azərbaycanda söz azadlığı hüququ pozulur. Hakimiyyət isə bu ittihamla razılaşmır.


«Azad Avropa və Azadlıq» radiolarının prezidenti Ceffri Qedmin radionun Azərbaycan xidmətinin müxbiri - İlqar Nəsibovu dərhal azad etməyə çağırır. Gedmin deyir ki, jurnalistin həbsi tam quramadır: «Proses Azərbaycanın məhkəmə prosedurunu pozur».



Günün bütün mövzuları

XS
SM
MD
LG