Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:49

Qənimət Zahid aclığa başlayır


«Qənimət Zahidin sağlıq durumu normaldı»

«Qənimət Zahidin sağlıq durumu normaldı»

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid dekabrın 8-dən qeyri-müəyyən müddətə aclıq aksiyasına başlayır.


Bunu «Azadlıq» radiosuna jurnalistin vəkili Elçin Sadıqov deyib. O, bildirib ki, dekabrın 6-da Zahidlə Bayıl təcridxanasında görüşüblər və onu iş materialları ilə tanış ediblər.


Vəkil Elçin Sadıqov: «Qənimət Zahidin sağlıq durumu normaldı. Ancaq o, bu qurama ittihama və repressiyaya məruz qaldığına görə, dekabrın 8-dən aclıq aksiyasına başlamağa qərar verib».


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG