Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

«İlkin mərhələdə 5 rayon qaytarıla bilər»


«Son addım isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi olacaq»

«Son addım isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi olacaq»

«Ola bilsin ki, ilk olaraq Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonların hamısı yox, beşi qaytarılsın». Bunu «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanla Azərbaycan arasında aparılan danışıqların detallarını açıqlayarkən bildirib.


Onun sözlərinə görə, həmsədrlərin ötən həftə Madriddə nazirlərə yazılı şəkildə təqdim etdiyi prinsiplər xeyli vaxtdır ki, müzakirə olunan mərhələli planı nəzərdə tutur. Sadəcə, planın icrası da addım-addım baş verəcək: «İctimaiyyətdən gizlədiyimiz bir şey yoxdur. Söhbət ilk növbədə Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılmasından gedir. Lakin bu mərhələli həyata keçirilə bilər. Yəni ola bilsin ilk olaraq bütün rayonlar yox, 5 rayon qaytarılsın. Son nəticə kimi isə bütün rayonlardan Ermənistan qüvvələrinin çıxarılması durur və bu da həyata keçiriləcək».


XİN rəsmisi deyir ki, mümkün sülh müqaviləsi imzalanarsa, ilk addım Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, son addım isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi olacaq.


Ermənistan rəsmilərinin status məsələsinin artıq razılaşdırılması barədə bəyanatlarına gəlincə, Xəzər İbrahim deyib: «Çox yəqin bunu deyənlər Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təsdiqini nəzərdə tuturlar. Belə ki, Azərbaycanın bu məsələdə güzəşt limiti sıfırdan da aşağıdır».


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan birdirmişdi ki, Dağlıq Qarabağın statusu artıq razılaşdırılıb və bu, həmsədrlərin ötən həftə təqdim etdiyi sənəddə əksini tapıb.


Xəzər İbrahim Azərbaycanda səslənən müharibə bəyanatları ilə bağlı beynəlxalq təşkilatların narahatlıqlarına da münasibət bildirib. Deyib ki, Bakı bununla heç kimi qorxutmağa çalışmır və sülh danışıqlarına da sadiqdir. Sadəcə, bütün diplomatik resursların tükənməsindən sonra Azərbaycan ata biləcəyi addımları nəzərdən keçirir.


Yerli və xarici mətbuat bir neçə dəfə yazmışdı ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 7 yox, 5 rayon Azərbaycana qaytarılacaq. Ancaq Bakı bunu rəsmən təsdiqləmirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG