Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:36

Dekabrın 8-nə təyin olunan mitinq təxirə salındı


Jurnalistlər həmkarlarının hüquqlarının müdafiəsi məqsədi ilə mitinq keçirmək istəyirdi

Jurnalistlər həmkarlarının hüquqlarının müdafiəsi məqsədi ilə mitinq keçirmək istəyirdi

Söz azadlığının müdafiəsi ilə bağlı dekabrın 8-nə təyin olunan mitinq təxirə salındı. Bunu «Azadlıq» radiosuna «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib. O, deyib ki, aksiya təşkilatçılarının məsləhətləşməsindən sonra bu qərar qəbul edilib.


«Azərbaycan Naminə» Vətəndaş Forumunun prezidenti Eldar Namazov deyir ki, təklif olunan yerə icazə verməməklə hakimiyyət faktiki olaraq aksiyanın keçirilməsinə mane olub.


Bakı meriyası dekabrın 8-də jurnalistlərin «Ukrayna» meydanında mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Meriya jurnalistlərə məsləhət bilib ki, mitinqi Bayıl qəsəbəsində stadionların birində keçirsinlər.


Eldar Namazov meriyanın təklif etdiyi yerə baxdıqlarını və həmin ərazinin aksiya keçirmək üçün əlverişsiz olduğunu bildirib. «Biz avtomobillə həmin yeri güclə tapdıq. Şəhərdən çox kənardadır».


Jurnalistlər bir neçə gün öncə söz və mətbuat azadlığının, həbsdə olan jurnalistlərin hüquqlarının müdafiəsi məqsədi ilə mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Hazırda 9 jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG